Laproskopik Cərrahiyyə

Butun növ mədə-bağırsaq qaraciyər ,mədəalti vəz ,öd kisəsi öd yollarinin rekonstruktiv əməliyyatları

Ginekologiya

Klinikasinda Ginekologiya Xidmətləri Yüksək Səviyyədə, Peşəkar Həkimlər Tərəfindən Aparilir

Laboratoriya

Medi Lux klinikasının laboratoriyası müasir standartlara uyğun şəkildə qurlaşdırılıb və fəaliyyət göstərir

ANA SƏHİFƏ

Klinikamız 2004-cü ildən fəaliyyətdədir.

Tibbi xidmətin nümunəvi təşkili klinikamız üçün prioritet amillərdəndir.
Hər bir cəmiyyətdə sağlam mühit o dövlətin, xalqın sabit yaşamasını təmin edən əsas amildir. Sağlam insanlar varsa, sağlam cəmiyyət də olacaqdır. Bütün dövrlərdə insanlar həmişə bu və ya digər xəstəliklərdən əziyyət çəkmiş, min illər boyu axtarışlar apararaq hətta ölümsüzlük eliksiri (yəni əbədi yaşamaq) ilə bağlı kimagərlər müxtəlif təyinatlı dərmanlar kəşf etmişlər. Lakin ta qədimlərdən tibb elmi yer kürəsində həyat yarandıqdan bəri müxtəlif xəstəliklərin müalicəsini aparmaq istiqamətində inkişaf etmiş, bugünkü səviyyəyə çatmaq üçün uzun yol qət etmiş, mürəkkəb proses keçmişdir.
Bu gün ölkəmizdə səhiyyənin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, yeni-yeni müalicəxanalar istifadəyə verilir, ən müasir tibbi avadanlıqlar quraşdırılır. Dövlət tibbi müəssisələri ilə yanaşı özəl sağlamlıq mərkəzləri, klinikalar da fəaliyyət göstərir. Ədalət naminə deyək ki, özəl xəstəxanalarda, tibbi klinikalarda xidmətin səviyyəsi çox yüksəkdir. Doğrudur, bu klinikalar pulludur və xeyli bahadır, ancaq müalicə və müayinə yüksək səviyyədə təşkil olunub, hər cür rahatlığı vardır.
Belə özəl klinikalardan biri də yaxşı imic qazanmış “Mediluks” klinikasıdır. Bu tibbi müalicə müəssisəsində xəstələrin müalicəsi, tibbi xidmətin təşkili barədə klinikanın tibbi direktoru Vahid Əmirov danışaraq məlumat verdi:
Bizim klinikamız müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmət göstərən müalicə ocağıdır. Gün ərzində yüzlərlə insan bu və ya digər xəstəliklərlə bağlı bizə müraciət edirlər. Hal-hazırda klinikada yüzə yaxın tibb işçisi çalışır. Burada həm də poliklinika şöbəsi, ixtisaslı həkimlər xəstələrə hər cür yardım edir. Cərrahiyyə, doğuşa ilk yardım stasionar şöbələr xəstələrə xidmət göstərir. Uşaq şöbəsində 4 həkim və şöbə müdiri çalışır. Orta ixtisas tibbi təhsilli tibb bacıları iki növbədə işləyirlər. Klinikada öz peşəsini dərindən bilən, attestasiyadan keçmiş təcrübəli həkimlər çalışır.
Mənim özüm ixtisasca nevropotoloqam. Təxminən doqquz aydır ki, burada çalışıram. Əvvəllər Naxçıvanda doqquz ilə yaxın işləmişəm və buraya gəlməyimi məsləhət gördülər. Burada bütün təşkilati işlər mənə həvalə olunub.
Direktor kimi çalışıram ki, klinikamız daha nümunəvi xidmət göstərən sağlamlıq ocağına çevrilsin və buraya müraciət edən hər hansı xəstə lazımi müalicə alıb evinə tam sağlam dönsün.