Yapon ştorları

Yapon pərdələri, panel pərdələr və ya yapon panelləri – bu vurğulanmış şəkildə yığcam və şərq üslubunda olan zərif pəncərə tərtibatıdır.

Bizim adət etdiyimiz, pəncərələrdə sərbəst şəkildə asılan və ya yığılan pərdələrdən fərqli olaraq, yapon pərdələri panel və ya ekranı xatırladır. Onların adı da buradan götürülüb.

Panel pərdələr çoxqatlı karnizə bərkidilmiş, tül və ya parçadan olan bərabər ölçülü şəbəkələrdən ibarətdir. Yuxarıdan və aşağıdan onlara lazımi möhkəmliyi verən və pərdələrin parçalarının bərkidildiyi çərçivələr yerləşdirilmişdir.

İstəyə uyğun olaraq, bu pərdələri hərəkət etdirməklə bir-birinin üzərinə keçirtmək və pəncərədən baxmaq mümkündür. Daha sonra isə onları yenidən əvvəlki yerlərinə qaytarmaqla pəncərəni örtmək olar.

Bir sözlə, yapon pərdələri – panelləri əsasən şaquli jalüziləri xatırladır. Lakin onların parçaları daha enlidir və onları döndürmək imkanı yoxdur. Əslində, bu bir o qədər də gərəkli deyil. Belə pərdələrin rahatlığı ondadır ki, onlar asanlıqla bir tərəfə yığılır və pəncərənin istənilən hissəsini açmağa imkan verir.

Yapon pərdələrinin rahatlığı nədədir?

Yapon pərdələrinin bir sıra mübahisəsiz üstünlükləri vardır. Onlar praktiki olaraq tozlanmır və onları səliqədə saxlamaq o qədər də çətin deyil. Pərdələri çərçivələrdən ayırmaq və yumaq olduqca asandır.

Otağın yapon pərdələri ilə tərtibatı

Tərtibatın bariz sadəliyinə və ifadə edilmiş minimalizminə baxmayaraq belə pərdələr sahiblərinin təxəyyülünün genişliyini göstərə bilər. Məsələn, panellərin hər birində eyni parçadan istifadə olunması mütləq deyil. Müxtəlif rəngli, çalarlı və fərqli materialdan olan parçalardan istifadə etmək mümkündür. Eyni tonda olan parçalar, şəkilli parçalar – yapon pərdələrinin konstruktiv prinsipinə olduqca uyğundur.

Müxtəlif endə olan parçalardan və ya divar yaxud tavan üçün müxtəlif montaj variantlarından istifadə etmək olar.

Yapon pərdələrinə hansı parçalar uyğundur

Yapon pərdələri – panelləri üçün ən uyğun material təbii parçalardır –kətan, pambıq, ipək, həsir. Bu pərdələr ən çox hansı pəncərələr və hansı interyerlərlə harmoniya təşkil edəcəkdir? Böyük pəncərələr yapon pərdələrinin xətlərinin sadəlik və ciddiliyini daha yaxşı vurğulayır.