Multifakturalı jalüzilər

«Multifakturalı» jalüzilər o deməkdir ki, onlar bir neçə müxtəlif materialların tətbiqi ilə hazırlanmışdır. Hər bir lamel bir neçə materiallardan – fakturalardan ibarətdir: yarımşəffaf parça, işıq keçirən plastik və dekorativ, əsasən güzgülü “qızıl” və ya “gümüş suyuna çəkilmiş” üzlük material.

Multifakturalı jalüzilər müxtəlif materiallardan (məsələn, plastik və materiyanın) hazırlanmışdır. Müxtəlif materialların maraqlı kombinasiyaları yolu ilə orijinal kompozisiyaların yaradılması üçün onlardan istifadə etmək mümkündür. Multifakturalı jalüzilər həm ev interyerinin müəyyən üsluba salınması, eləcə də, mümkün qədər idarələrdə və ofislərdə tətbiq olunur. Multifakturalı jalüzilərin unikallığı funksionallıqdan – günəşdən və  kənar nəzərlərdən müdafiə olunmaqdan savayı, onların gözəl görünmələrindən və dekorun sonuncu elementi kimi istifadə olunmasından ibarət olub, bu zaman pəncərə pərdələrinin mövcudluğunu tələb etmirlər.

Multifakturalı jalüzilərin zəngin rəng qamması Sizin arzularınıza müvafiq olaraq dekorativ şəkli tərtib etməyə icazə verir.  Siz multifakturali jalüzilər üçün materialların kompozisiyasını və uzlaşmasını düşünə bilərsiniz. Multifakturalı jalüzilər üçün parça xüsusi olaraq istifadə olunur, və o ilkin olaraq xüsusi məhlul ilə işlənməyə məruz qalır və o, parçanı daha möhkəm edir, jalüzilər isə – daha davamlı olur.