Üfüqi jalüzilər

Üfüqi alüminium jalüzilər

Üfüqi alüminium jalüzilər – janrın klassikasıdır. Onları jalüzilərin ən praktiki növlərindən biri hesab edirlər. Onlar yüngül, gözəl olub, minimal ofis interyerinə, və evin rahat abu-havasına asanlıqla daxil olurlar. Üfüqi alüminium jalüzilər  günəşdən müdafiə edən ən gözəl xassələrə malik olub, onlara asanlıqla qulluq etmək mümkündür, belə ki, onlar deformasiya olunmur, tozu və çirki hopdurmurlar, statik enerjini toplamırlar. Rənglərin böyük qamması (300 rəngdən çox!), lamellərin müxtəlif fakturası (hamar, perforasiyalı, yumşaq…) ən tələbkar müştərinin tələblərini təmin etməyə qadirdir.

İnteryerin yaradılması – əsl sənət olub, burada pəncərələrin dekorasiyası böyük rol oynayır. Müasir dizaynda daha çox jalüzilərdən istifadə edilir. Bu da heyrət doğurmur – onlar praktiki, funksional olub, sadə şəkildə istismar olunur, və uzun müddət xidmət göstərirlər.

Siz bizim şirkətimizdə üfüqi, etibarlı və gözəl jalüziləri ala bilərsiniz. Biz istənilən mürəkkəbliyə malik olan konstruksiyalar ilə işləyirik. Bizdə plastik və alüminim jalüzləri, eləcə də, ağacdan hazırlanan jalüzləri sifariş edə bilərsiniz.

Rənglərin böyük müxtəlifliyi interyerimizə ideal şəkildə uyğun olan jalüzləri seçməyə icazə verir. Bizdə Siz istənilən zövqdə, rəngdə və dəyərdə üfüqi jalüziləri ala bilərsiniz!

Üfüqi jalüzilər daha çox ofis otaqlarında istifadə olunur, çünki onlar otağa ciddilik verirlər. Üfüqi jalüzilərin ev üçün alınması ilə bağlı qərar tez-tez qəbul olunur: onları ev pəncərələrində pəncərə pərdələri ilə birlikdə istifadə etmək mümkündür, belə ki, bununla rahatlıq və səliqə arasındakı yaxşı qarşılıqlı nisbətə nail olurlar.

Üfüqi jalüzilərin quraşdırılması üsulu və konstruksiyası

Jalüzilər kifayət qədər sadə şəkildə qurulmuşdur. Onlar lamellərdən və ya plastinlərdən, karnizdən və şnurlardan ibarətdir. Şnurlar ilə bərkidilən lamellər, karnizə asılır, və karnizin daxilində xüsusi idarəetmə mexanizmi olur. Onlar: oxa bərkidilən adi şnurdan elektrik intiqalına və uzaq məsafədən idarəetməyə malik olan çoxpilləli mexanizmə qədər müxtəlifdir.

Üfüqi jalüzilər həm pəncərə oyuğuna, həm pəncərə oyuğunu xarici tərəfindən, eləcə də, çərçivələr arasında quraşdırılır. Onlar fiksasiya və ya adapterlərə bərkidilmə vasitəsilə çərçivəyə quraşdırıla bilər.

Üfüqi jalüzlərin yüksək nüfuzu onların müstəsna xassələri ilə dəstəklənir:

Davamlılıq

  • Elastik alüminium zolaqdan ibarət olan lamellər
  • Sürtünüb yeyilməyə və alışmaya qarşı dayanıqlı rəng
  • Poladdan hazırlanmış möhkəm yuxarı karniz
  • Etibarlı idarəetmə mexanizmləri
  • Sıx hörülmə kordları
    Dekorativlik
  • Məmulatın görünən komponentlərinin rənglərinin maksimal uyğunluğu
  • Zəngin rəng palitrası
  • Dekorativ örtüklər (metal, perlamutr)
  • Dəbli strukturlar (yumşaq maral dərisi, braş, kətan)
  • Unikal fiqurlu lamellər

Funksionallıq

  • İşıq axınının optimal şəkildə tənzimlənməsi
  • Rahat və yüngül idarəetmə
  • İdarəetmə növlərinin geniş seçimi
  • Quraşdırma növlərinin və həndəsi formaların müxtəlifliyi
  • İşıqlanmanın optimal qaydada tənzimlənməsi üçün perforasiyaların üç növü