Kasset ştorlar

Müasir dizayn interyerin bütün detallarının müasir tələblərə uyğun şəkildə tərtib edilməsini tələb edir. Pərdələr kimi kiçik görünə biləcək detallar belə ümumi atmosferin yaradılmasında böyük rol oynayır. Qaranlıq probleminin tam və ya qismən həlli üçün rulon pərdələr (yaxud xüsusi növ jalüzilər) olduqca yaxşı vasitədir. Monitor arxasında işləməyin gərəkli olduğu ofis binalarında yaxud proyektordan istifadə etməklə keçirilən konfrans və təqdimatlarda onlar əvəzsizdir. Geniş parça seçiminə görə, kasset pərdələr müasir evdə rahatlığın yaradılması üçün də olduqca uyğundur. Kasset pərdələrin xüsusi üstünlüyü onların idarə edilməsinin rahatlığındadır – bu ya zəncir mexanizmi ya da elektrik vasitəsilə həyata keçirilir. Müxtəlif növ pəncərələr üçün, pəncərələrin xüsusiyyətləri və sahibin istəklərinə uyğun olaraq, rulon pərdələrin üç növündən birini almaq olar – rollaytlar MINI, UNI 1, UNI 2. Pərdələr üçün parçalar sıxlığından asılı olaraq növlərə ayrılır. Rəng qamması müxtəlifdir. Siz həmçinin kataloqdan seçməklə çap ilə pərdələr sifariş edə bilərsiniz. Dizaynerlər hətta aksesuarları da bəzəməyə çalışıblar – indi onlar sizin təkrarolunmaz stilinizi vurğulayan laminasiya ilə ola bilər. Rulon pərdələr üçün istifadə edilən parçalar da müxtəlifdir. Yüngül materiallardan, eləcə də ağır və böyük atlas parçalardan istifadə etmək mümkündür.