Rulonlu pərdələr

Rulonlu pəncərə pərdələri

Materialların yüksək keyfiyyəti, müxtəlif rəng qamması, şəkillərin və fakturaların böyük seçimi sayəsində rulonlu pəncərə pərdələri yığcam və praktikidir. Rulonlu pəncərə pərdələri parçadan hazırlanan bütöv kətan olub, yuxarıya qaldırılır və  zəncirli şnurdan, və elektrik intiqalından, bəzi hallarda isə yaylı tutqacdan ibarət olan xüsusi mexanizmin köməyi ilə vərdənəyə sarınır. Pəncərə pərdəsinin uzunluğunu tənzimləmək də böyük əhəmiyyət kəsb edir. Həm xüsusi məmulatlar, həm də, istənilən pəncərə pərdələri ilə birlikdə xüsusi məmulatlar pəncərədə gözəl görünür. Bizdə istənilən zövqü və funksional tələbatı təmin etməyə qadir olan rulonlu pəncərə pərdələri üçün parçaların böyük kolleksiyası mövcuddur. Rulonlu pəncərə pərdələri üçün birtonlu parçalar, müxtəlif şəkilli, orijinal mətnli, xüsusi hopdurmalı, antistatik, toz və bakteriya əleyhinə örtüyə malik olan parçalar, eləcə də, pambıqdan və kətandan hazırlanan təbii parçalar istifadə olunur.  Parçalar işıq keçirici qabiliyyəti ilə fərqlənir:

  • işığı əks etdirən;
  • işığı paylayan;
  • işıq axınını bütünlüklə buraxmayan Blac Out  parçalar.

Rulonlu pəncərə pərdəsi – konkret pəncərənin ölçüləri dedikdə biçilmiş bütöv parça başa düşülür. O bükülmüş vəziyyətdə metal qutuda gizlənir və ya parçanın rulonunu əmələ gətirir. Rulonlu pəncərə pərdələri bərkidilmə üsuluna görə fərqlənir:

  • pəncərə oyuğunda;
  • pəncərə üzərində, tavanda;
  • çərçivəyə (burğu ilə deşik açmaqla və ya deşik açmamaqla);
  • maili (mansard pəncələrdə).

Əgər şüşə paketlər PVX – dan hazırlanmışdırsa, o zaman onları çərçivəyə bərkitmək lazımdır. Burğu ilə deşik açmadan məmulat pəncərənin açıq hissəsinə taxılan xüsusi ikitərəfli skotç və ya adapterlər ilə komplektləşdirilıir. Rulonlu pəncərə pərdəsi nəinki öz təyinatına görə, eləcə də, reklamın daşıyıcısı kimi geniş şəkildə istifadə olunur. Bir çox şirkətlər ofisə tərtibat verilməsi üçün bu cür pəncərə pərdələrini etiraf edirlər və bu zaman parçanın üzərinə müəssisənin loqotipi və adı vurulur və bu işçi kollektivində xüsusi korporativ atmosferi yaradır və daxili imic reklamı kimi çıxış edir.

Rulonlu pəncərə pərdələrinin idarə olunması müxtəlifdir. Məmulatı zəncirə və ya qarmağa qaldırmaq və salmaq mümkündür. Bu prosesi avtomatlaşdırmaq mümkündür. O zaman pəncərə pərdələrinin istənilən arzu olunan hündürlüyə endirilməsi üçün uzaq məsafədən idarəetmə pultunun düyməsinə basmaq və ya elektrik açarını çevirmək kifayət edəcəkdir.

Rulonlu pəncərə pərdələri tozsoran və ya fırça ilə asanlıqla təmizlənir, yağlı ləkələr isə ləkəni təmizləyən vasitə və ya sabunlu məhlul ilə yığışdırıla bilər.

Bütün bu keyfiyyətlər ekoloji olmaqla yanaşı bütün yaşayış otaqlarında rulonlu pəncərə pərdələrindən istifadə etməyə icazə verirlər.

Rulonlu pəncərə pərdələri dekorativ və funksional günəşdən müdafiə məhsulları kimi geniş şəkildə istifadə olunurlar. Konstruksiyanın nisbi sadəliyi zamanı rulonlu pəncərə pərdələrindən istifadə imkanları demək olar ki, hədsiz-hüdudsuzdur. Onlar həm ev interyerlərində, həm də, nüfuzlu ictimai tapşırıqlarda münasibdir.

Rulonlu pəncərə pərdələri müstəsna olaraq yüksək dekorativ və funksional xassələrə malikdir. Kolleksiya istənilən üslublu interyerlər üçün yüksək keyfiyyətə malik olan parçalardan ibarət olub, komplektləşmə və idarəetmə sistemi ciddi Avropa tələblərinə cavab verirlər.

Rulonlu pəncərə pərdələri ən tələbkar istehlakçılar arasında da layiqli olaraq yüksək nüfuza malikdirlər.

Dekorativlik və rahatlıq

  • Müxtəlif üslublu parçaların geniş kolleksiyası
  • Şəffaflığın və aşkarlığın müxtəlif əmsallarına malik olan parçalar
  • Sistemin görünən elementlərinin gözəl dairəvi konstruksiyası
  • Damca şəkilli gözəl kasset
  • Qaldırıcı mexanizmlərin səssiz və müntəzəm işi

Davamlılıq və funksionallıq

  • Xüsusi xassələrə malik olan parçaların böyük seçimi (alova, sürtünməyə qarşı davamlılıq)
  • Poladdan və alüminiumdan hazırlanmış möhkəm yuxarı borular
  • İdarəetmə tiplərinin geniş seçimi
  • Quraşdırma tiplərinin və modellərinin müxtəlifliyi
  • Montajın və xidmətin sadəliyi